Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: İSMAİL SƏFƏRƏLİ BALIQÇININ QIZI FİLMİ

24 Apr 23

YARAT Müasir İncəsənət Məkanı rejissor və ssenarist İsmayıl Səfərəlinin “Balıqçının qızı” tammetrajlı debüt filminin premyerasına dəvət edir. Filmin prodüseri rejissor Mariya İbrahimovadır.


Film Abşeron yarımadasındakı kiçik balıqçı kəndinin həyatından bəhs edir. Balıq ovu zamanı itkin düşmüş balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir. Lakin Saranın ailəsi və kənd sakinləri, formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdır. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur...


Filmin nümayişdən sonra yaradıcı heyətlə müzakirə keçiriləcək.

İştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçin.


Tarix: 24 aprel, 2023

Saat: 19:30

YARAT Mərkəzi

Yüklənir