Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM: NOFƏL ŞAHLAROĞLU DADAŞ ADNANIN ŞEİRLƏRİ

09 İyl 19

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında nümayiş olan “Dadaş Adna: Love me” sərgisinin paralel proqramı çərçivəsində aktyor Nofəl Şahlaroğlunun ifasında Dadaş Adnanın şeir yaradıcılığını təqdim edir. 


ARTIM Layihə Məkanında “Dadaş Adna: Love me” sərgisi çərçivəsində, Adnanın yaxın dostu olmuş aktyor Nofəl Şahlaroğlu ilə şeir axşamı keçiriləcək. Tədbir ərzində N.Şahlaroğlu müəllifin seçmə şeirlərini oxuyacaq, daha sonra isə onların auditoriya ilə müzakirəsini aparacaq. 

Dadaş Adnanın şeirləri sərbəst vəzndə yazılıb. Azərbaycan və türk dillərində qələmə aldığı şeirlərində Dadaş gündəlik həyat situasiyalarından, düşüncə və hisslərinindən danışır. Bununla yanaşı şeirlərinin məzmununda müəllifin subyektiv fəlsəfi mövqeyi və sualları yer alır. Adnanın bütün yaradıclığında olduğu kimi, şeirlərində də sevgi hissi yüksəkdir. 

“Dadaş Adna: Love me” sərgisi Dadaş Adnanın yaradıcılığının tam spektrini əhatə edərək – fotoqrafiya, video, plakat, şeir və rəsmlərini bir araya gətirir. Çoxlarının onu sosial şəbəkələr vasitəsilə tanımasını nəzərə alaraq, sənətkarın şəxsi həyatı çoxları üçün sirr olaraq qalıb. Əsasən çəkdiyi fotoşəkillər və yazdığı şeirləri ilə tanınan Adnanın həyat və bütün yaradıcılığı sevgi hissi ilə zəngindir. "Love me" – onun bu dünyaya olan ismarıcı, çağırışı və ən əsas gözləntisi olaraq, sərginin əsas məğzini təşkil edir. 

Tarix: 9 iyul, 2019

Saat: 19:00 

Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)

Giriş sərbəstdir

Yüklənir