Aprel 2024

#YARATONLINE: POEZİYA AXŞAMI

14 Apr 20

Bizə qoşulub, fərqli formatda şeirlər dinləməyə nə deyirsiniz?


YARAT Müasir İncəsənət Məkanı onlayn rejimdə poeziya axşamına dəvət edir.


Yazıçı, şairə və rəssam @leyli_salayeva, şairə və ssenarist Ülviyyə Axundova (@bubliku) ilə birgə “Şairlər izolyasiyada” adlı canlı müzakirə aparacaqlar.


Canlı yayımı izləməyi unutmayın!


Tarix: 14 aprel, 2020

Saat: 20:00

YARAT instagram səhifəsi


Leyli Salayeva – yazıçı və performans şairdir. Əsasən ingilis dilində şeir, məqalə və qısa hekayələr yazır və əsərlərində qadın ruhunun müxtəlif cəhətlərini əks edir. Leyli mükafat qazanan uşaqların kitabı Dilbər və onun qaşığının səyahəti, ingilis dilində iki şeir kitabı – On iki On (2014) və Youtopia (2016) və Rus dilində Anabioz (2018) şeir kitabının müəllifidir. Youtopia 2016 London Kitab Festivalında Fəxri mükafat almışdır. Şeirləri və məqalələri İngiltərə, Polşa, Kanada və ABŞ-dakı çoxsaylı ədəbiyyat jurnallarında dərc edilmişdir. Digər sənətçilərlə birgə sənət layihələrində də iştirak edib. Leyli Azərbaycan Yazıçılar Birliyinin üzvü və Birləşmiş Krallıqdakı Poeziya Cəmiyyətinin üzvüdür.


Ülviyyə Axundova – ssenari müəllifi, şair, tərcüməçidir. Paris I Universitetini (Panthéon – Sorbonne) Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə bitirib. Magistrlik dissertasiyasında Cənubi Qafqazda təhlükəsizlik məsələlərini araşdırırdı. Ülviyyə hazırda musiqi, ədəbiyyat, teatr və kinematoqrafiya ilə əlaqəli layihələrə nəzarət etdiyi Bakıdakı YARAT Müasir İncəsənət Məkanında İctimai Proqramların rəhbəri vəzifəsində çalışır. İncəsənət sahəsində 7 ildən çox təcrübəyə və fərqli tamaşaçılara çatmaq təcrübəsinə malikdir. Ülviyyə Axundova fransız dilindən rus dilinə “Les Jours Caucasiens” və “Les Jours Parisiens” (“Qafqaz Günləri” və “Paris Günləri”), ən məşhur kitabları Banine (Azərbaycanınilk qadın yazıçı Umm-El-Banu Əsədullayevanın qələm adı). Tərcümə Azər Nəşr Nəşriyyatı tərəfindən 2005-ci ildə nəşr olunmuşdur, həmin ildə Ülviyyə Axundova yazıçı və dramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri və İbrus Teatrının direktoru Rüstəm İbrahimbəyovun şəxsi köməkçisi kimi fəaliyyətə başlamışdır. Bakıdakı Beynəlxalq Film Məktəbində ssenari yazma və film rejissorluğu üzrə təhsilini Ülviyyə 2008-2010 illərdə davam etdi və 2016-cı ildə Ülviyyənin Nəfəs adlı ilk hekayə və şeirlər toplusu olan kitabımı nəşr edildi.

Yüklənir