Aprel 2024

ƏDƏBİYYƏT KLUBU: BIG IN JAPAN PYESİNİN OXUNUŞU

22 İyn - 28 İyn 22

YARAT Müasir İncəsənət Məkanı sizi tanınmış dramaturq İsmayıl İmanın 2020-ci ildə yazdığı və artıq bir çox dramaturgiya festivallarında və müsabiqələrində iştirak edən “Big in Japan” pyesinin oxunuşuna dəvət edirik.


Rusiyanın aparıcı teatrşünası və teatr tənqidçisi olan Pavel Rudnev “Big in Japan” pyesini 2019/2020-ci il mövsümünün ən yaxşı əsərlərinin siyahısına daxil edib.


Pyesin oxunuşunda tanınmış aktyorlar və teleaparıcılar iştirak edəcək. İştirakçıların adlarını açıqlamırıq, amma söz veririk ki, bu tədbir son dərəcə maraqlı olacaq!


“Big in Japan” – sualların çox, lakin cavabların az olduğu, dünyanın köhnə, yastı dam ölçüsünə qədər daraldığı, böyüməyin, böyük həyata ağrılı və qaçılmaz şəkildə adlamaq haqqında hekayədir. Növbəti podkastı yazan mikrofon xırıldayır, dinamiklərdən isə “Alphaville” qrupunun ötən illərin hiti səslənir, çünki: “things are easy when you're big in Japan.” (Yaponiyada “zor adam” olanda, hər şey çox asan gəlir.)


Pyesin dramaturgiya festivalları və müsabiqələrində iştirakı:

  • “Lyubimovka 2020” gənc dramaturgiya festivalının qısa siyahısı;
  • “İsxodnoye sobıtiye — XXI vek” IV Müstəqil beynəlxalq müasir dramaturgiya müsabiqəsinin qısa siyahısı (“XXI əsr” nominasiyası);
  • “Svoya territoriya” mədəni maarifləndirmə mühiti” (2021) layihəsi çərçivəsində II Beynəlxalq müasir dramaturgiya müsabiqə-laboratoriyasının qısa siyahısı;
  • “Remarka 2021” yeni dramaturgiya müsabiqəsinin geniş siyahısı

Tarix: 22 iyun, 2022

Saat: 19:00

*Oxunuş Azərbaycan dilində keçiriləcək


Tarix: 28 iyun, 2022

Saat: 19:00

*Oxunuş rus dilində keçiriləcək


Məkan: YARAT Mərkəzi (Bayıl)


Hər iki tədbirə giriş qeydiyyat ilədir

https://cutt.ly/VKtWmPU

Yüklənir