Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

MƏDƏNİ YENİLƏNMƏ: ADDİS HACIYEV VƏ YEKATERİNA ÇƏRKƏZ-ZADƏ İLƏ GÖRÜŞ

26 Apr - 27 Apr 22

 

YARAT Müasir İncəsənət Məkanı sizi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi “Mədəni yenilənmə” layihəsi çərçivəsində keçirilən növbəti görüşlər silsiləsinə dəvət edir.

“Mədəni yenilənmə” layihəsinin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir. Qonaqlarımız Azərbaycanı özləri üçün sadəcə “xəritədə bir nöqtə” deyil,  əsl ilham mənbəyi sayan şəxslərdir. 

Layihəyə məşhur və sevilən aktyorların silsilə yaradıcılıq gecələri, həmçinin monotamaşalar, kitab təqdimatları, kiçik konsertlər, aktyorluq və rejissorluq üzrə ustad dərsləri daxildir. 


Bu dəfəki qonağımız Rusiya Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin “Bədii quruluş” proqramının kuratoru Əddis Hacıyevdir.

Tədbir çərçivəsində Əddis Hacıyevin 2021-ci ildə Türkiyədə keçirilən “Efeler Uluslararası Çevre Film Günleri” festivalında Aydın bələdiyyə başqanının mükafatını qazanmış “İdrak” qısametrajlı filmi nümayiş etdiriləcək.

Nümayişdən sonra Avropa, Rusiya və Azərbaycanda kino istehsalının xüsusiyyətlərinə dair müzakirələr aparılacaq.


Tarix: 26 aprel, 2022

Saat: 19:00

Məkan: YARAT Mərkəzi, Dövlət Bayrağı Meydanı, Bayıl

*Tədbir rus və Azərbaycan dillərində keçiriləcək.

Giriş sərbəstdir.


“Mədəni yenilənmə” layihəsi çərçivəsində təhsil vasitəsilə kreativ sənayelərin inkişafına dair panel müzakirəsi keçiriləcək.


Qonağımız təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəz-zadə olacaq. Y. Çərkəz-zadə, yaradıcı sənayelər sahəsində aparıcı təhsil müəssisələrini – Britaniya Ali Dizayn Məktəbi, Scream Kompüter Texnologiyaları Məktəbi, Moskva Kino Məktəbi, Moskva Memarlıq Məktəbi MARŞ, Moskva Kommunikasiya Məktəbi MACS, Moskva Musiqi Məktəbi və digər layihələri özündə birləşdirən Universal Universitetinin direktorudur.

Azərbaycan mədəniyyətinin gələcəyinə biganə olmayan hər kəsi dialoqa dəvət edirik.


Tarix: 27 aprel, 2022

Saat: 19:00

Məkan: YARAT Mərkəzi, Dövlət Bayrağı Meydanı, Bayıl

*Tədbir rus və Azərbaycan dillərində keçiriləcək.

Giriş sərbəstdir.

Yüklənir