Aprel 2024

ƏLHAMBRADAN ŞİRVAHŞAHLARA QƏDƏR

03 Noy 23

Konsert azərbaycanlı pianoçu Ülviyyə Abdullayeva və ispaniyalı rəssam və heykəltəraş Nani Boronatın birgə layihəsinin davamı, eləcə də “CENTINELAS” (“Keşikçilər”) adlı genişmiqyaslı antropoloji-estetik tədqiqatın bir hissəsidir.


Sözügedən layihə ispan ənənələrini Azərbaycan ənənələri ilə bir araya gətirir. Layihənin müəllifləri Qranadadakı (İspaniya) Əlhambra sarayı ilə Bakıdakı Şirvanşahlar sarayını, Aralıq dənizinin mədəniyyətlərinin ərazisini tam əhatə edən mədəni körpüsünün iki tərəfi kimi nəzərdən keçirirlər.


2022-ci ilin may ayında Münxendə (“Haus des Deutschen Ostens”) baş tutan ilk konsertdə Nani Boronatın rəsm-heykəltəraşlıq səhnərafiyası Ülviyyə Abdullayevanın musiqi proqramı ilə birlikdə təqdim olunmuşdur. Repertuara həm ispan bəstəkarları (Manuel de Falya, Enrike Qranados), həm də Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Oqtay Zülfüqarov, Günay Mirzəyeva) əsərləri daxil edilmişdi.


3 noyabr 2023-cü ildə isə Ülviyyə Abdullayeva Bakıda sayca ikinci konserti ilə çıxış edəcək. Pianoçu öz doğma şəhərində müxtəlif əsərlərlə zənginləşdirilmiş yeni repertuarını təqdim edəcək.


3 noyabr / 19:00
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Yüklənir