Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

TEATR KLUBU: MATİLDA TAMAŞASI

03 Mar 22

YARAT Teatr Klubu sizi İlaya Faiqin quruluşunda “English Children Theatre 2130”nin “Matilda” tamaşasının nümayişinə dəvət edir.


“English Children Theatre 2130” (İngilisdilli uşaqlar üçün teatr 2130) – İlaya Faiq tərəfindən 2015-ci ildə Bakı, Tiflis və Stokholmda yaşayan ingilisdilli uşaqlar üçün yaradılmışdır. Yarandığı gündən teatr “Alisa möcüzələr ölkəsində”, “Kral Şir”, “Ağbəniz və yeddi cırtdan” kimi dünyaca məşhur nağıllara əsaslanmış klassik ssenarilərlə yanaşı, Nizami Gəncəvi və Üzeyir Hacıbəyli kimi dahilərin də əsərlərini səhnələşdirilmişdir.


İlaya Faiq – 15 ildən artıq teatr sahəsində çalışır və bu yaxınlarda Stokholmda (İsveç) “Drama for children with special needs” (“Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün drama”) kursunu keçmişdir.


“Matilda” tamaşası evdə və məktəbdə zorakılığa məruz qalan bir qızcığazdan bəhs edir. Quruluşun  əsas amalı, tamaşaçıya hər bir uşağın şəxsiyyət olduğunu və onun fikir söyləmək hüququ, özünü müdafiə etmək iqtidarında olduğunu çatdırmaqdır.


Tamaşa ingilis dilində keçiriləcək.


Tarix: 3 mart, 2022

Saat: 19:00

Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi


Giriş onlayn qeydiyyat ilədir.

https://forms.gle/poSnvs5DDiFt5RbQ9


*COVID pasportun təqdimi mütləqdir.

Yüklənir