Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

TEATR KLUBU: İSKRA TARRANTIN KÜRƏCİKLƏR TAMAŞASI

21 Apr 22

YARAT Müasir İncəsənət Məkanı, sizi Teatr Klubu çərçivəsində keçiriləcək müəllif və iştirakçı İskra Tarrantın “Kürəciklər” adlı tamaşanın nümayişinə dəvət edir. 


Kürəciklər

Qulaqlıqlarda verbatim

Bu tamaşanın qəhrəmanlarını nə biriləşdirir? Heç nəyə bənzəməyən 2020-ci il, Azərbaycan və adətən insanların fəal şəkildə öz fikirlərini ifadə etdiyi, hər şeydən danışdığı sosial şəbəkə hesabları... Amma, bu gün, 2020-ci ilin oktyabr ayında, müharibənin getdiyi bir dövrdə, onlar heç nə paylaşmırlar. Onlar susurlar.

Niyə susurlar?

Kürəciklər” – 2020-ci ilin oktyabr ayında insanların nə haqda” və “nə üçün” susduqlarını qeyd etmək cəhdidir. Tamaşada onlar özləri, 2020-ci ilin Qarabağ müharibəsi, daxildə nə çəkdiklərini, bu anı necə yaşadıqları barədə danışırlar.


Tamaşa anonim qalmaq istəyən insanların müsahibələri əsasında hazırlanıb.


Qulaqlıqlarda verbatim” - sənədli teatr üsuludur, burada aktyor səhnədə yaşamaqla, qulaqlıqlar vasitəsilə qəhrəmanların səslərini dinləyir və onları dərhal təqlid edir. Bu üsulu sənədləşdirilmiş reallıq ilə bilavasitə əlaqə” kimi də adlandırmaq olar.


Tarix: 21 Aprel, 2022

Saat: 19:00

Müddət: 60 dəqiqə

Yaş həddi: Yox

Dil: Rus dili, azərbaycan və ingiliscə subtitrləri ilə e`


Ünvan: YARAT Mərkəzi, Dövlət Bayrağı Meydanı, Bayıl


Giriş sərbəstdir

*COVID pasportun olması zəruridir

Yüklənir