Aprel 2024

SABİNA ŞAHI İLƏ ANAXATA ÇAKRA YOQA

06 Dek - 27 Dek 15

SABİNA ŞAHİ İLƏ 

ANAHATA ÇAKRA. SEVGİ YOLU

ART-YOQA TƏLİM KURSU


Həftənin hər bazar günü saat 14:00-dan 16:00-a kimi


YARAT Müasir İncəsənət Mərkəzi Sizə art-yoqadan biraylıq təlim kursu keçməyi təklif edir. Bu kurs, Hatha-yoqa üzrə təlimçi sertifikatına (RYS200 International Yoga Alliance) malik olan Səbinə Şahi tərəfindən YARAT-ın kollektivi ilə əməkdaşlığı nəticəsində tərtib edilmişdir

Anahatanın açılmasını hədəfə alan bu təlim kursu 8 müasir rəssamın “Ürvk tənha ovçudur” adlı sərgi çərçivəsində nümayiş etdirdiyi əsərlərin təsiri ilə yaradılmışdır

şğələlər dekabrın 2-dən başlayaraq dekabrın 20-nə kimi hər bazar günü saat 14:00-dan 16:00-a kimi keçiriləcək.

Kompleks tipli bu təlim kursuna Hatha-yoqa, Kundalini-yoqa, Qafqaz yoqası, Nidra yoqası, bir də Mantra yoqasından bəzi elementlər daxil edilmişdir.

Kursun aparıcı təlimçisi – “Yoga Shahi” studiyasının direktoru Səbinə Şahidir*


Kursa qəbul pulsuzdur, lakin yerlərin sayı məhduddur (!)


Kursa yazılmaq üçün öncədən bu elektron poçt ünvanına müraciət göndərilməlidir: sayara.h@yarat.az


*Səbinə Şahi. 2015-ci ilin fevral ayında o, ilk dəfə Azərbaycanda yoqanın müxtəlif cərəyanlarını əhatə edən “Yoga Shahi” məktəbini təsis etmişdir. Son altı il ərzində özünüdərk yolundadır. Yoqa ilə praktiki məşğul olduğu müddət ərzində ahəng, tarazlıq və inanılmaz daxili gözəllik hallarına nail olmuşdur. Onun məramı – insanların həmin hallara nail olmasına köməklik göstərməkdir.  Axı yoqa nə gimnastikadır, nə həyat tərzidir, nə də gerçək həyatdan qaçıb-gizlənmək üçün sığınacaq. Yoqa müəyyən bir haldır – daxili bütövlük və ahəngdarlığın bizə bəxş etdiyi tam səadət əhvalı. 


LİM KURSU BARƏDƏ

Texnologiyaların zəfəri və ucdantutma tənhalıqla səciyyələnən bizim dövrdə canımızdakı qəlb mərkəzinin açılması olduqca böyük əhəmiyyət kəsb edir. Onun açılması bizə şərtsiz sevgi, özümüzü və başqalarını qəbul etmək bacarığı, mərhəmət, anlama, inam, intuisiya, dostluq, səmimiyyət və vəhdət hissi kimi cəhətləri daha dolğun duyub yaşatmağa imkan verir.

Başqaları ilə nə qədər çox paylaşırıqsa, əldə etdiyimiz ruh enerjisi də bir o qədər uca olur.

Başqaların qayğısını çəkməyə bizi təhrik edən cəhətlərimizi – xəbərdar və ürəyiyumşaq olmağımızı inkişaf etdirməyə başladıqca, biz şüurun yeni səviyyəsinə ucalırıq. Qəlbin qapalı olması tənhalıq və təcrid duyğuları oyadır, ruh enerjisinin kanallarını dondurur, bizi tədricən apatiya və depressiya halına salır. “Məni istəyən yoxdur”, “Qayğıma qalan yoxdur” kimi düşüncələr bizə yaxın durmağa çalışanlara olduqca böyük çətinlik törədir.  

İnsan qəlbi – qüdrətli təbibdir; başqalarını da müalicə edir, özünü də. Açılmış Anahata isə, sanki, “səni sevirəm” ilə “səni sevmirəm” arasında heç bir fərq saxlamayan məcazi fəvvarədir, hətta dostla düşmən arasındakı bütün fərqləri də yuyub-aparır. O, təkcə özü üçün deyil, başqaları üçün də açıqdır.

Anahatanı ki açmağa başladın, bir də görürsən ki, qəlbində digər insanlar, canlılar, ağaclar, daşlar, dəniz, mavi səma, bütövlükdə təbiət ilə bir olduğunu bildirən vəhdət hissi varmış...

Anahata-çakranın açılması – insanın əsl “mən”inə qovuşması, ali məfhumları duymaq qabiliyyətinə yiyələnməsi deməkdir. Bizim əsl daxili səsimizi, daxili həqiqət və hikmət mənbəyimizi, daxilimizdə yavaşdan səslənən mövcudluq sədalarını özündə təcəssüm etdirən isə intuisiyadır. İntuisiyanın sayəsində insanla bütövlük arasında əlaqə yaranır. Bizim Anahata-çakramız bir qapıdır, onu açmaq zərurəti isə ondan irəli gəlir ki, zəkanın xudbin məsləhətlərini rəhbər tutmaq əvəzinə biz mövcudluğun izi ilə getməli, ona bizi ardınca aparmaq imkanı verməliyik.  

Qəlbinizin açıq olması sizə Kainatla birləşmə sevincini bəxş edəcək. Bu, çox böyük sevinc hissidir; şüurun ali hallarına, ən yüksək qatlarına və ən uca qübbələrinə doğru uzanan bir körpüdür. Hər bir insanın könlü tam sərbəstliyə, tam aşkarlanıb təcəssüm tapmasına nail olmaq üçün bu körpüdən keçməlidir.


Kursa yazılmaq üçün öncədən bu elektron poçt ünvanına müraciət göndərilməlidir: sayara.h@yarat.az


FACEBOOK

Yüklənir