Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: ANTON RİPATTİ (RUSİYA)

06 Apr 18

YARAT Müasir İncəsənət Məkanı Rusiya musiqiçisi və psixodelik musiqi ifalarının müəllifi, permli Anton Ripattinin çıxışını təqdim edir. 


Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir. Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.


Anton Ripattinin musiqisi qeyri-adi olduğu üçün, onları Avropa müəllif filmlərinin saundtrekləri kimi təqdim etmək olar. Bu musiqidə müəmma və sirli məqamlar, Tom Ueytsın elektron stilistikası ilə qarışmış ahəngdar melodiyalar var. 


Onun musiqisi – müxtəlif maddələrdən ibarət kokteyldir: blyuz, psixodelik, gitara, caz, embient, alman kabaresi, rok-n-roll, fransız şansonu, nuar, karnaval və daha nələr-nələr... Səhnədə bu musiqi kokteyli David Linç üslubunda hazırlanmış gözəl bir performansı müşayiət edir. 


Gurultulu ildırım çaxması baş verir, hər yer tüstü ilə dolur, şimşək saçır, sonra səhnə qaranlığa bürünür və həyəcanverici film kadrları göz qarşısına çıxır. Tamaşaçı sevgi, qorxu, gözəllik, dəliqanlıq, təşviş ab-havasına qərq olur. Birinci hiss – sarsıntı və sonra şok tezliklə hədsiz sevinc duyğusu ilə dəyişir… Anton Ripatti müvəffəqiyyətlə Rusiya, ABŞ və Avropa ölkələrində çıxış edib.


Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat üçün: 0502469292


Tarix: 6 aprel, 2018

Saat: 19:00

Giriş qeydiyyat ilə

Yüklənir