Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: DÜNYA RƏQS GÜNÜ

02 May 19

YARAT Müasir İncəsənət Məkanı sizi Dünya Rəqs Günü qeyd etməyə dəvət edir. Rəqs sənətinin bütün üslublarına həsr olunmuş bu bayram 1982-ci ildə YUNESKO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunmağa başladı.


YARAT Mərkəzində keçiriləcək təntənəli konsert Azərbaycanın Xalq artisti, “Şərəf” ordenli, xoreoqraf-baletmeyster, canlı korifey Roza Cəlilovanın 90 illiyinə həsr olunub.


Roza xanım Azərbaycan rəqs sənətinin inkişafına dəyərli töhfələr verərək, klassik və folklor sintezi olan məktəb yaratmışdır. Həmçinin o, çoxillik yaradıcılıq fəaliyyəti ərzində, bütün dünyaya ölkəmizin zəngin rəqs mədəniyyətini nümayiş etdirib.


Proqrama dünya xalqlarının rəngarəng rəqsləri daxildir: Latın Amerikası rəqsləri, modern, hip-hop və breyk.


Tarix: 2 may, 2019

Saat: 19:00

Məkan: Rəngkarlıq Muzeyi

Giriş sərbəstdir

Yüklənir