Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: ART OF SPEAKING PEÇA-KUÇA

15 İyn 19

YARAT Müasir İncəsənət Məkanı Azerbaijan Public Speaking Competition (APSC) ilə birgə təşkil etdiyi məktəblilər üçün “Art of Speaking” adlı tədbiri təqdim edir. 


Tədbirin məqsədi öyrədici, əyləncəli və interaktiv proqramlar vasitəsilə məktəblilərdə yaradıcı təfəkkür, incəsənətə maraq, natiqlik, ünsiyyət və liderlik kimi bacarıqların inkişaf etdirilməsidir.
 
Tədbir iki hissədən ibarətdir və Azərbaycan, rus və ingilis dillərində keçiriləcək. Proqrama əsasən əvvəlcə məktəblilər arasında “Peça-Kuça” oyunu, daha sonra isə sərgiyə tur təşkil ediləcək. 
    
“Peça-Kuça” oyunu - hekayə nəql etməyinin bir növüdür. Oyun zamanı iştirakçıya 20 slayd təqdim edilir və o, 20 saniyə ərzində gördüyü təsvir haqqında danışmalıdır. Ümumilikdə, hər bir çıxış 6 dəqiqə 40 saniyə davam edir. Mövzular: dizayn, memarlıq, foto, hobbi, kolleksiyalar, incəsənət və s.
    
“Azerbaijan Public Speaking Competition” (APSC) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır. APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik olan ESU “The English-Speaking Union” (ESU) təşkilatının tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.


Tarix: 15 iyun, 2019

Saat: 14:00 – 17:00

Yaş kateqoriyası: 10 – 16


Qeydiyyat mütləqdir: +994 50 251 41 15

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (YARAT Mərkəzinin yaxınlığında)

Yüklənir