Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: DANCEAILITY AZƏRBAYCAN – BİRLİKDƏ OLMAQ SƏNƏTİ YEKUN TƏDBİR

10 Dek 19

YARAT Müasir İncəsənət Məkanı “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkəti ilə əlilliyi olan və olmayan, peşəkar və həvəskar rəqqasları bir araya gətirən “Birlikdə olmaq sənəti” layihəsinin yekun tədbirini təqdim edir.


Layihə İsveçrənin Azərbaycandakı səfirliyi, Heydər Əliyev Fondu, “Rapid Solutions” Şirkəti, YARAT Müasir İncəsənət Məkanının dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Dördaylıq layihə müddətində orta məktəb, ali təhsil ocaqları və XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində DanceAbility® nəzəriyyəsi əsaslarında qurulmuş inklüziv rəqs, hərəkət və meditasiya üzrə çoxsaylı açıq dərslər keçirilmişdir. Həmçinin “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması” adlı təlimlərinin nəticəsi olaraq layihə iştirakçılarının bir neçəsi işlə təmin olunmuşdur. Layihənin uğurlu nəticələrindən biri də, peşəkar rəqqasların və əlilliyi olan şəxslərdən ibarət tamaşa yönümlü rəqs qrupunun yaradılması olmuşdur.

Tədbir zamanı layihənin fəaliyyəti haqqında ətraflı məlumat veriləcək və görülmüş işlər barədə çəkilmiş videoçarxın nümayişi olacaq. Bununla yanaşı “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkətinin, xoreoqraf Nigar İbrahimbəylinin quruluşunda performans təqdim ediləcək.


“DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkəti haqqında

2017-ci ildə Bakı şəhərində təsis edilmiş “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkətinin amalı ustad dərslər, seminarlar, meditasiya, inklüziv müəllim təlim proqramları və rəqs tamaşaları vasitəsi ilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdir.

Əlilliyi olan və olmayan, müxtəlif yaş, peşə və həyat təcrübəsinə malik olan insanları bir araya toplayan “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkəti, dünyanın bütün "DanceAbility" təşkilatları kimi iştirakçılarda özünüifadə, özünəinam, yaradıcı olmaq, ünsiyyət bacarıqları və empatiya kimi müsbət keyfiyyətləri inkişaf etdirməyə dəstək olur. Dərslər sayəsində iştirakçılar yeni dostluq münasibətləri qurur, əldə edilmiş təcrübə və bacarıqları gündəlik həyatlarında tətbiq edirlər.


Tarix: 10 dekabr 2019

Saat: 19:00

Məkan: Rəngkarlıq Muzeyi

Giriş sərbəstdir

Yüklənir