Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FREESTYLE: DANİL JDANOV (RUSİYA) İLƏ USTAD DƏSRLƏR

18 İyl - 22 İyl 22

 

YARAT Müasir İncəsənət Məkanı YARAT Freestyle layihəsi çərçivəsində sizi 15 illik iş təcrübəsinə malik olan vokalçı, elektron musiqiçi və saund-dizayner Danil Jdanovun iştirakı ilə musiqili kompozisiyaların yaradılmasına həsr edilmiş ustad dərsdə iştirak etməyə dəvət edir.


Təxəllüsü “Slamer Lim. Gostreiter” olan Danil Jdanov, “Spinnin’ Records”, “Monolit Music” və “SOYUZ” leybllərinin saund prodüseridir.

“1961 Studio” prodüser mərkəzinin (Kis-Kis, Brick Bazooka, Lena Rush, Aleksandr Zaqorski, Mayla, Zhulik, Marny kimi artistlərin yaradıcılıq meydançası) həmtəsisçisidir. “PARAMIRA” yaradıcılıq birliyinin (Sankt-Peterburq) PR direktorudur. MIDAIR |Midtempo layihəsində (Sankt-Peterburq) könüllü iştirak edir. 100-dən çox artistə və səs rejissoruna “Ableton Live” proqramını öyrədib.


Ustad dərsinin mövzusu:

“Texno, indastrial və kiberpank üslubunda trekləri necə yaratmaq olar?”

  • EDM səslənməsi tarixən nəyin üzərində qurulub: Roland 303,808,909 üslub və tembrlərin adeptləri
  • Müasir elektron musiqisində bas partiyası (“beyslayn”) və “dram” (baraban) partiyasının (bit) mənbəyi nədən qaynaqlanır?
  • Trekin həyəcanlılığı (“svinq”) və rəqs cazibədarlığına hansı audioeffektlər təsir edir?
  • “Drop” gərginliyi və gözləntisi necə yaradılır, “drop” necə baş verir?
  • Hansı notlar və çalarlar rəqs meydançasını “partladır”?

Ustad dərsin sonunda öz kompozisiyanız ilə auditoriya qarşısında çıxış etmək imkanınız olacaq.


Qeydiyyat üçün link: https://cutt.ly/RLmBT2K

Yaş məhdudiyyəti: 14+

Yerlərin sayı məhduddur


Dil: Rus, Azərbaycan dilinə sinxron tərcümə ilə


Tarix: 18-19, 22 iyul, 2022

Vaxt: 19:00

Məkan: YARAT Mərkəzi

* COVID-pasport tələb olunur

Yüklənir