ÜMUMİ

Aurelien Lepetit (d.1992, Fransa) Amsterdamda çoxprofilli rəssam və dizayner kimi fəaliyyət göstərir. O, idmançı ailəsində böyüyüb. İncəsənət və dizayn üzrə təhsilindən öncə 400 metrlik maneələrlə qaçışla məşğul olmuş, klassik violonçeldə ifa etmişdir. Lepetit öz yaradıcılğının və araşdırmalarının mövzusu olaraq hərəkət və bədən tərpənişləri ilə yanaşı postperformativ hadisələr və tanınmaz hala düşmüş vücud analayışını əsas götürür.

O, Məkan dizaynı daxilində Səhnə quruluşu üzrə bakalavr, Lionda (Fransa) École Nationale Supérieure des Beaux-arts Ali məktəbində incəsənət üzrə magistr dərəcəsi alıb.

Aurelien Lepetit Şanxayda (Çin) East China Normal Universitetinin nəzdində dizayn məktəbində və Amsterdamda (Niderland) Sandberg İnsitutunun Dirty Art Department bölməsi üzrə təhsilini davam etdirib.

Onun əsərləri The Wandering School layihə çərçivəsində Salone del Mobile-da (Milan, İtaliya), Beynəlxalq Dizayn Biennallesi müdddətində Lucky Larry’s Cosmic Commune-da (Sent-Etyen, Fransa), De Appel İncəsənət mərkəzində (Amsterdam, Niderland), Extrapool (Nijmegend, Niderland), NN Galeria-da (La Plata, Argentina), Torpedo Teatrında (Amsterdam, Niderland), NEVERNEVERLAND-də (Amsterdam, Niderland) sərgilənib.

Aurelien Lepetit hal-hazırda Amsterdamda, the Dirty Art Department-də köməkçi koordinator və İSO-da (Amsterdam) kurator köməkçisi kimi işləyir.

Yüklənir