May 2024

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

Müvəqqəti baglıdır

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT EMALATXANALARI AÇIQ QAPI GÜNÜ

29 Sen 18

YARAT Müasir İncəsənət Məkani sizi YARAT Emalatxanalarında “Açıq qapı günü”nə dəvət edir.

Ötən il olduğu kimi, YARAT emalatxanaları öz qapılarını ziyarətçilərin üzünə açmağa hazırlaşır. Biz sizi ailəlikcə bütün bədii ifadə vasitələri üzrə təcrübə keçməyə dəvət edirik. Beynəlxalq və yerli rəssamlar sizinlə öz biliklərini bölüşəcək və sizi emalatxana fəaliyyətlərinə qatılmağa dəvət edəcəklər. Biz, rəssamlar ilə fərdi görüşlər, habelə ustad dərslər və onların əsərləri haqqında daha geniş məlumat təqdim edəcəyik. Əlavə olaraq, sizə YARAT tərəfindən təşkil edilən ARTIM Lab və YARAT Akademiyası kimi təhsil proqramlarında iştirak üçün məlumat materialları təqdim olunacaq. 


PROQRAM:

12:00 Qrafiti üzrə Emil Məcnunun ustad dərsi

13:00 YARAT-ın cari beynəlxalq rezidentləri Aurelien Lepetit (Fransa/Niderland) və Yevi Joxova (Rusiya/Birləşmiş Krallıq)

14:00 “Cocoon” uşaqlar üçün kollektiv performans (3-10 yaş), Vüsal Rəhim

15:00 “Dəyirmi forma”, Sofiya Əhədovanın ustad dərsi

16:00 “Rəqəmsal təcrübələr,” Şəlalə Salamzadənin ustad dərsi

17:00 “Ağacın monoloqu”, Aydan Mirzəyevanın ustad dərsi

18:00 “Səsin təsviri”, Diana Hacıyevanın ustad dərsi (+99412 505 1414 nömrəyə zəng edərək əvvəlcədən qeydiyyatdan keçin)


Anna Fex və Lana Sokolovanın kuratorluğu ilə “Muxtar obyektlər” emalatxana sərgisi.

Emalatxanalarda rəssamlar Rəşad Ələkbərov, Orxan Hüseynov, Fərid Rəsulov, Niyaz Nəcəfovla, həmçinin ARTIM Lab iştirakçıları Sofiya Əhədova, Yunis Novruz, Günay Əliyeva, Şəlalə Salamzadə, Sultan Babazadə, Təranə Quliyeva, Nəzrin Musayeva, Roman Qocayev ilə görüşə biləcəksiniz.


YARAT Emalatxanaları – yerli və xarici rəssamlar üçün yaradıcılıq sahəsində əməkdaşlığın yaradılması məqsədilə təşkil olunan bir məkandır. YARAT Emalatxanalarının əsas vəzifəsi - rəssamları peşəkar və şəxsi nöqteyi-nəzərindən inkişaf etməsinə sövq edən yeni imkanların və iş mühitinin bəxş edilməsidir. YARAT Emalatxanalarında rəssamlar müasir incəsənət məhdudiyyətlərini aşmaq, rəssamlıqla əlaqəli eksperimentləri aparmaq və incəsənət dünyasında öz sözünü demək imkanlarından bəhrələnirlər. YARAT Art rezidensiya proqramının iştirakçıları da bu məkandan 3 ay ərzində istifadə edirlər və ARTIM Layihə Məkanında öz yekun sərgisini nümayiş edirlər.


Tarix: 29 sentyabr, 2018

Vaxt: 12:00 – 19:00

Ünvan: YARAT Emalatxanaları, Akademik HəsəƏliyev küçəsi, 1061

Giriş sərbəstdir


Əlavə məlumat: +99412 505 1414


Ustad dərslərin mühazirəçiləri

Emil Məcnun

Açıq Qapı Günü, qrafiti ustası Emil Məcnun (Moosem13) canlı qrafiti performansı təqdim edəcək. Emil 1995-ci ildə Bakıda anadan olub. Bir neçə il müxtəlif medialar ilə eksperimentlər aparandan sonra “qrafiti dünyasını” aşkar edib və bu sahə, onun üçün yeni yollar və imkanlar açıb. Orta məktəbi bitirəndən sonra, öz qrafik üslubuna böyük təsir göstərən qrafik dizayn və vizual kommunikasiyanı öyrənmək məqsədilə, üç il Florensiyada (İtaliya) yaşayıb. Son illər ərzində Emil bir sıra ölkələrə səfərlər edərək müxtəlif ölçülərdə və səthlərdə əsərlər yaradıb.  Hal-hazırda, rəssam Bakıda fəaliyyət göstərir və diqqətini daha çox emalatxana əsərlərinin yaradılmasına yönəltməklə yanaşı, sosial layihələrlə də məşğul olur.


Aurelien Lepetit

YARAT-ın hazırkı beynəlxalq rezidenti Aurelien Lepetit (d.1992, Fransa) Açıq Qapı Günü öz əsərlərindən ibarət prezentasiya təqdim edəcək. Aurelien Lepetit Amsterdamda fəaliyyət göstərən çoxprofilli rəssam və dizaynerdir. O, Fransanın Lion şəhərində Səhnə Tərtibatı və Səhnə Dizaynı üzrə ixitsaslaşaraq, Məkanlar Dizaynı üzrə bakalavr dərəcəsinə, habelə Sandberq İnstitutunda “Dirty Art” üzrə magistr dərəcələrinə layiq görülüb. Onun əsərləri İtaliya, Fransa və Niderlandda sərgilənib. Rəssam gündəlik həyatda baş verən hərəkətlər, jestlər və yanaşmaları xoreoqrafiya kimi araşdırır. Lepetitin əsərləri, video, instalyasiya və performans kimi medialar vasitəsilə gözəllik idealları, sosial təzyiqlər və onların təsirlərini araşdırmaq üçün, insan bədənini elementlər qrupu kimi nəzərdən keçirir və kişilik xüsusiyyətlərinin əhəmiyyətini axtarır. Həmçinin o, Olimpiya idman növlərini bir araya gətirərək, onları rəqs halında birləşdirir, fitnesi sosial sərsəmlik və klub mədəniyyətini isə identiklikləri formalaşdıran, antropoloji təhlil məkanı kimi təqdim edir.


Yevi Joxova

Digər beynəlxalq rezidentlərimiz kimi, Yevi Joxova da tamaşaçılara öz əsərlərindən ibarət prezentasiya təqdim edəcək. Yevi İsveçrədə anadan olub. Atası rus, anası isə yarı estoniyalı, yarı dağıstanlıdır. Yevi Avstriyada, Vyanada böyüyüb. Uşaqlıq dövrünün əksər hissəsi Estoniyada, sovet və postsovet Rusiyasında yaşayan ailə üzvlərini görmək məqsədilə etdiyi səfərlərdə keçib. Rəssamın yaradıcılığında, onun çoxmədəniyyətli keçmişi, qavranılan, təsəvvür edilən və qəbul edilən normalar arasında qarışıq vəziyyətlər, stabilliyin, habelə mürəkkəb münasibətlərin dəyişdirilməsində fərqli sosial və siyasi strukturlara məruz qalması vurğulanır. Onun mövzuları tez-tez insanların bir yerdə yaşaması və əməkdaşlıq etməsinin mümkünlüyünə istinad edir. Cari layihələrdən biri “Totems | Cairns” adlanır və daş ilə əlaqələrimizin ən qədim dövrlərin mif və əsatirlərindən başlayaraq, müasir quruluşlu mühitin konstruksiyalarına qədər, bir çox tərəfləri araşdıran heykəltəraşlıq əsərlərinin daim yenilənən toplumudur. “The Shape of Ritual” adlı digər layihə isə səs, memarlıq və insan cismi arasında əlaqələri araşdıran tədqiqat layihəsidir. Burada binalar musiqi formasında təqdim olunur. Belə ki, məkanın akustikasını dəyişən heykəltəraşlıq əsərləri və performanslar vasitəsilə, bu binalar sanki bir musiqi parçası və ya rəqs kimi canlanır...


Vüsal Rəhim

Vüsal Rəhim, bütün 3-10 yaşlı uşaqları, interaktiv performansda müxtəlif səhnələri, o cümlədən tırtılın necə gözəl kəpənəyə çevrilməsini araşdırmağa dəvət edir. O, uşaqlar ilə təbiətdə baş verən dəyişikliklərin mənasını anlamağa kömək edən çox maraqlı oyun oynayacaq. Performansın sonuncu hissəsində rəssam uşaqlarla birgə emalatxananın divarlarında rəngli kəpənək şəkilləri çəkəcək. Vüsal Rəhim 1987-ci ildə Gəncədə anadan olub. Rəssamlıq təhsilini Gəncə Uşaq İncəsənət Mərkəzində rəsm dərnəyində (2003-2006) və Gəncə Uşaq İncəsənət Məktəbində (2005-2006) alıb. Daha sonra, Vüsal Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Teatr və dekorativ dizayn fakültəsinə daxil olub. Vüsal rəsm, performans və video kimi müxtəlif medialarla işləyir və gender, insan cismi və sosial problemlər kimi mövzulara toxunur. O, indiyə qədər uşaqlar ilə bir çox layihələr və ustad dərslər keçirib.


Sofiya Əhədova

ARTIM Lab layihəsinin iştirakçısı olan Sofiya Əhədova, psixologiya, mədəniyyət və sosial məsuliyyət kimi məsələlərlə məşğul olur. Öz ustad dərsində o, “mən” və “digərləri” anlayışının qavranılması ilə bağlı sualları müzakirə edəcək. Bizi nə birləşdirir? Biz nə vaxt fərqi hiss edirik? Proses ərzində müzakirələrin nəticələri dəyirmi stikerlərdə qeyd olunacaq. Sofiya 1993-cü ildə Neftçalada anadan olub. Rəssamlıq Akademiyasının nəzdində Bakı Rəssamlıq Kollecində, daha sonra Türkiyənin Sakarya Universitetində və İtaliyanın Accademia di Belle Arti die Brera-da təhsil alıb. Qarşıdan gələn layihələrinə “Skopye İşıq-Kölgə Art Layihəsi”  (Makedoniya) və “Dumyat Ayzek Proqramının Art Layihəsi” (Misir) daxildir. ARTIM LAB layihəsində “Cittadellarte Office Fondazione” art-ofisinin (Biella, İtaliya) direktoru Xuan Sandovalın kuratorluğu ilə “Duyulmazlıq xəritəsi” sərgiyə öz töhfəsini verib.


Şəlalə Salamzadə

Rəqəmsal və postinternet problemlərini araşdıran ruhlandırıcı rəssamların təqdimatından sonra, Şəlalə Salamzadə ziyarətçiləri öz “qlitç-art” müsabiqəsində iştiraka dəvət edəcək. İlk olaraq hər kəs öz smartfonu ilə foto çəkəcək, daha sonra, rəssamın təlimatına əsasən, kodlaşdırma metodundan istifadə etməklə, müxtəlif manipulyasiyaları yerinə yetirəcək və nəticələri fotoşəkil formasında yadda saxlayacaq. Şəlalə Salamzadə (d. 1995, Bakı) Qərbi Kaspi Universitetinin kompüter texnologiyaları və dizayn fakültəsini bitirib. Çoxprofilli dizayner və rəqəmsal rəssam olan Şəlalə, öz əsərlərini postinternet və sosial problemlərə yönəlib. Şəlalə beynəlxalq “Qlitç Rəssamlar Kollektivi”nin üzvüdür. ARTIM Lab 2018/2019 layihələrinin iştirakçısı olan Şəlalənin son işləri neyrobioloq Nuranə Kazımovanın “Neyrovizuallaşdırma” fənlərarası layihəsində və “Cittadellarte Fondazione” art-ofisinin (Biella, İtaliya) direktoru Xuan Sandovalın kuratorluğu ilə “Duyulmazlıq xəritəsi” sərgiləri nümayiş etdirilib.


Aydan Mirzəyeva

Rəssam, ağacların strukturundan ilhamlandığını nümayiş etdirdiyi ən son “Ağacın monoloqu” adlı silsiləsi ilə əlaqəli, bəşəriyyət və təbiət münasibətlərinə həsr edilmiş ustad dərsi keçirəcək. Hər bir ağac strukturunun öz keçmişi var və rəssam, bunu öz texnikası ilə vurğulayır. Ustad dərsi ərzində rəssam empatiya və mütərəddidlik perspektivlərinə əsaslanan analitik nəticələri aşkara çıxarmağa çalışacaq. Dünya ağac prizmasından necə görünür? Biz nələri düşünə və hiss edə bilərik?

Aydan Mirzəyeva (d.1992, Bakı) 2010-2014-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənaye dizaynı fakültəsində təhsil alıb. Aydan Mirzəyeva 2017 və 2018-ci illərdə ARTIM Lab layihəsində uğurla iştirak edib və YARAT Emalatxanalarında rezidentura mükafatına layiq görülüb. Aydan bu yaxınlarda Kiyevdən, Art Prospekt Rezidentura Proqramından qayıdıb.


Diana Hacıyeva

“Səsin təsviri” adlı ustad dərsində Diana Hacıyeva, musiqi dünyasının təkcə notlardan ibarət olmadığından danışacaq və bunu maraqlı formada nümayiş etdirməyə çalışacaq. Musiqi – incəsənətin dramatik forması olaraq, özəl süjet xəttinə malikdir. Bizi bunu assosiasiyalarımız, həyat təcrübəmiz, emosiyalarımız, hətta müxtəlif qoxular üzərində qurulan təxəyyülümüz vasitəsilə görə bilərik. Prezentasiyadan sonra, o, hələ ictimaiyyətə təqdim edilməmiş musiqi kompozisiyalarını ifa edəcək. Diana Hacıyeva, tanınmış azərbaycanlı müğənni və bəstəkardır. O, 2017-ci ildə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində “Skeletons” mahnısı ilə təmsil edib; mahnı 14-cü yeri tutub. O, “Dihaj” qrupunun üzvü və aparıcı vokalistidir.


Ustad dərsdə iştirak üçün artim@yarat.aze-poçtu ilə əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.

Yüklənir